“Qarabağ”ı “Hayduk”dan üstün tutub

Bolqarıstanın “Çerno More” klubu 2020-ci il ərzində futbolçu satışından qazanılan məbləği açıqlayıb.

Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Varna təmsilçisi ötən il 5 milyon levi (təxminən 5,3 milyon manat) gəlir əldə edib ki, satılan oyunçular arasında “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də olub.

Kabo verdeli orta sahə oyunçusunun ötən ilin avqustunda Split “Hayduk”undan da təklif aldığı vurğulanıb. Lakin Patrik “Qarabağ”a keçməyi üstün tutub ki, bu, “Çerno More”nin büdcəsinə pul gətirib. Ancaq transferin məbləği açıqlanmayıb.

Qeyd edək ki, Andradenin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right