Ozan Can Kökçü Niderland klubunda debüt etdi

“Sabah”dan “Telstar”a keçən Ozan Can Kökçü yeni klubunda debüt edib.
 
Newsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turu çərçivəsində “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə iştirak edib.
 
Ozan, 67-ci dəqiqədə İlias Bronxorstun yerinə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.
 
"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.
 
Ozan mövsümün sonuna qədər icarə əsasında “Telstar”da çıxış edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right