Millimizin futbolçusu bəraət aldı

Azərbaycan milli komandasının və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov bəraət alıb.
 
Newsport.az xəbər verir ki, “Eybar”ın formasını geyindiyi vaxtda komanda yoldaşları olmuş Serxi Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılan İsrafilov məhkəmənin qərarı ilə bəraət alıb. Enriç və Luna isə 2 illik həbs cəzasına məhkum edilib.
 
Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Hazırda “Albasete”də forma geyinən Eddi, 2015/16 mövsümünü “Eybar”da keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right