"Səbail"də gürcüstanlı hücumçu

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.  

 

Newsport.az xəbər verir ki, “dənizçilər” Gürcüstanın “Samtrediya” klubunun futbolçusu Luka İmnadzeni rənglərinə bağlayıb. 23 yaşlı hücumçu ilə 6 ay + 1 illik sözləşmə imzalanıb.

 

Gürcüstanlı futbolçu ötən gün yeni komandasının düşərgəsinə qoşulub və axşam məşqində iştirak edib.

 

İmnadze karyerası ərzində “Guria”, “Saburtalo”, “Kolxeti Poti” və “Rustavi” kimi komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right