"Bütün komanda bu mühitə adaptasiya olunub" - "Neftçi"nin braziliyalısı

“Hazırlığımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.
 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
Braziliyalı müdafiəçi bildirib ki, hazırkı şəraitdə ölkə xaricinə getməkdənsə, Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: “Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.
 
“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison bu barədə də danışıb: "Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right