Kramarenko Rusiya klubunda RƏSMİ

Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub. O, əsas komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Təcrübəli mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.

Azərbaycan millisinin keçmiş qapıçısı yığmadan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right