AÇ-2020 azarkeşsiz keçiriləcək?

UEFA-nın AÇ-2020 ilə bağlı müzakirələri davam edir.
 
Newsport.az xəbər verir ki, qitə futbol qurumu bu ilin yayında keçirilməsi planlaşdırılan turniri təxirə salmayacaq.
 
Qurum hazırda yarışla bağlı 4  variantı müzakirə edir. Bu variantlar azarkeşlərin mümkün iştirakı ilə bağlıdır.
 
UEFA oyunlarda azarkeşlərin tam iştirakını, 50 faiz, 20-30 faiz iştirakını və ya ümumiyyətlə matçların azarkeşsiz keçirilməsi məsələsini müzakirə edir.
 
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right