“Sabah” daha bir legionerini göndərir

“Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
 
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi malili hücumçu Ulise Diallo ilə vidalaşmaq niyyətindədir.
 
Bu barədə klubdan “Report”a məlumat verilib. 29 yaşlı hücumçu ilə razılıq əldə olunsa, sözləşməsi ləğv ediləcək.
 
Qeyd edək ki, Ulise Diallo 2019-cu ilin avqustundan "Sabah"da oynayır. Onun klubla müqaviləsi yayda başa çatmalıdır. "Sabah" daha əvvəl Yevgeni Koçuk və Abbas Ağazadə ilə müqaviləni ləğv edib, Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right