"Neftçi"də rəqabət var" - Sabir Buqrin

"Zaman keçdikcə özümü evdəki kimi hiss edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin "Keşlə” ilə yoxlama oyunundan (4:3) sonra "Neftçi TV”yə müsahibəsində deyib. Mərakeş əsilli belçikalı futbolçu komandasında rəqabət olduğunu bildirib:

“Buraya uyğunlaşıram və özümü daha yaxşı hiss edirəm. Ona görə də bu performansı göstərirəm. Təlim-məşq toplanışı çox yaxşı keçir. Hər kəs özünü yaxşı hiss edir. Komandada rəqabət var və getdikcə irəliləyiş çoxalır”.

Buqrin yanvarın 21-də "Səbail”lə keçiriləcək rəsmi oyun haqda da danışıb:

"Həmişə olduğu kimi, bu matça da çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Öz oyunumuzu göstərə bilsək, qorxmağa dəyməz”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right