"Bu, komandanın maksimumu deyil" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlıq məqsədilə keçirilən “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev hazırlıq prosesi və matç haqda fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o deyib ki, qış fasiləsində həm fiziki, həm taktiki-texniki hazırlıq üzərində çalışmağı planlaşdırmışdıq. Toplanışın arxada qalan hissəsində də bunun üzərində işlədik. Qəbələdə hər bir şərait var. Antalya yalnız sınaq matçları üçün  rəqiblərin olması ilə fərqlənir. Qəbələdə rəqib komandaları da qəbul etməyə imkan var. Çempionatda fasilə çox olmadığından bir oyunla kifayətlənmək mümkündür. Komanda inkişafdadır. Bu, komandanın maksimumu deyil və daha yaxşı olacağına ümid edirəm".

E.Baxşıyev getdikcə öz oyunlarını nümayiş etdirəcəklərini söyləyib: "Komandanı komplektləşdirib, müqavimətə davamlı kollektiv yaratmağa çalışırıq. Hər rəqiblə görüşdə öz oyunumuzu nümayiş etdirməyimiz sevindirir. Bugünkü qarşılaşmada bütün oyunçulara şans verdim ki, onların hər biri qarşılaşmadakı yükləməni götürsün. Heyətdə zədəli olmadığından tam heyətlə “Zirə”ylə matça hazırlaşırıq. Hələ kubok matçı barədə düşünmürük. Bütün fikrimiz “Zirə” ilə qarşılaşma ilə bağlıdır. Kubokda da yaxşı nəticələr qazanmaq istəyirik. Komanda məşqlərdə yaxşı çalışır. Futbolçular məsuliyyəti dərk edir və bizim tələblərimizi yerinə yetirirlər”.

Baxşıyev heyətin gücləndirilməsi barədə də danışıb: “Yeni oyunçuların transferini istəyirik. Bu, hücumameylli futbolçu olacaq. Bəyəndiyimiz oyunçular var. Çempionata rəng qata biləcək gücdədirlər. Akademiyadan cəlb etdiyimiz dörd futbolçudan bəziləri hazırlıqları bizimlə davam etdirir. Onlar gələcək üçün yaxşı perspektiv vəd edir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right