“Qəbələ”dən “Sumqayıt”la heç-heçə

Qış toplanışını davam etdirən “Qəbələ” bu gün yoxlama oyunu keçirib.
 
Newsport.az xəbər verir ki, əyalət təmsilçisi “Sumqayıt”la qarşılaşıb.
 
Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib. Oyunda hesabı meydan sahibləri açıblar. Lakin qonaqlar buraxılan qolun əvəzini çıxmağı bacarıblar və matç heç-heçə bitib.
 
Yoxlama oyunu
14 yanvar
 
"Sumqayıt" – "Qəbələ" 1:1
Qol: Murad Xaçayev, 24 – Nikolas Raysel, 42.
Sumqayıt şəhər stadionu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right