İkinci hissə komandası "Zirə"

“Zirə” Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsində 16 qol vurub.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” baş tutan 13 turda ikinci hissədə daha məhsuldar çıxış etməsi ilə diqqət çəkib. Komanda fasiləyədək cəmi 5 qol vurub. İkinci hissədə isə "Zirə" daha qarşısıalınmaz olub  11 top. Komanda fasilədən sonrakı 15 dəqiqədə ilk yarıdakı qədər – 5 dəfə rəqib qapısına yol tapıb.

1-15-ci dəqiqələr: 1 qol
16-30-cu dəqiqələr: 2 qol
31-45-ci dəqiqələr: 2 qol
46-60-cı dəqiqələr: 5 qol
61-75-ci dəqiqələr: 3 qol
76-90-cı dəqiqələr: 3 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right