"Dünya çempionatında oynamaq istəyirəm" Gerye milliyə qayıdır

Ötən ilin avqustunda milli karyerasını başa vurduğunu açıqlayan "Qarabağ"ın futbolçusu Donald Gerye yenidən Haiti yığmasına qayıdır.

Newsport.az xəbər ki, o, bununla bağlı ölkəsinin mətbuatına açıqlama verib.

32 yaşlı müdafiəçi yayda verdiyi qərarın səbəbini də izah edib: “Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım. Həmin şəxs bir neçə həftə əvvəl mənə dedi ki, bu insanlar artıq orada yoxdur və yenidən yığmaya qayıda bilərəm. Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam. Cavab verdi ki, mən Haitidən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti Futbol Federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm".

Gerye 2021-ci ildəki hədəflərindən də danışıb: "Klubumla çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatının final mərhələsinə yüksəlmək niyyətindəyəm. DÇ-2022-də oynamaq istəyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right