Peyman Babayi millimizdən imtina səbəbini açıqladı

“Karyeramı Avropada davam etdirmək istəyirdim. Amma şərtlər məni "Maşinsazi"yə qayıtmağa məcbur etdi. Çünki klubla müqaviləm var idi”.
 
Newsport.az xəbər verir ki, bunu "Sumqayıt"ın sabiq futbolçusu Peyman Babayi ölkəsinin mətbuatına açıqlamasında "gənclik şəhəri" təmsilçisindən ayrılması barədə danışarkən deyib.
 
Hazırda Təbrizin "Maşınsazi" klubunda çıxış edən 27 yaşlı hücumçu bildirib ki, "Sumqayıt"da ikən ona iki dəfə Azərbaycan millisindən təklif gəlib: "Amma mən razılaşmadım. Çünki bütün iranlı futbolçular kimi öz yığmamıza dəvət almağı gözləyirəm. AFFA-nın təklifini qəbul etməməyimin səbəblərindən biri budur. Düzdür, hazırda İran millisində hücum xətti üçün seçim genişdir. Amma yığmaya çağırılacağıma ümid edirəm".
 
"Sumqayıt"da oynayan həmyerlisi Əli Qurbaninin Azərbaycan vətəndaşlığı almasına münasibət bildirən Babayi 31 yaşlı forvarda uğurlar arzulayıb: "Əlbəttə, özümü Qurbaninin yerinə qoya, onun qərarını şərh edə bilmərəm. Futbolçuya, sadəcə, uğurlar arzu edə bilərəm".
 
Qeyd edək ki, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş Peyman Babayi ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right