"Bu pula keyfiyyətli futbolçu tapmaq çətindir"

Bu qış fasiləsində “Səbail”dən ayrılanlarını sayı 6-ya çatıb.

Newsport.az-ın məlumatına görəArsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı və Əli Sadıxovdan sonra Elgün Nəbiyevlə yollar ayrılıb.

Legionerlərdən isə iranlı yarımmüdafiəçi Baxtiyar Rəhmani ilə müqavilə yenilənməyib. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında düşərgədən gedənlərin sayının arta biləcəyini istisna etməyib:

«Burada əsas klubun ümumi maraqlarıdır. Oynamaq şansı az olanlarla vidalaşırıq ki, başqa yerlərdə özlərini göstərə bilsinlər. Ola bilər ki, yenə kimsə gəlib, «mən də getmək istəyirəm» desin.

Heç kimin yolunu bağlamq fikrində deyilik. Bu yandan isə aaxtarışlarımız davam edir. Hələlik heç bir legionerlə aanlaşmamışıq.

Açığını deyim ki, təklif etdiyimiz şərtlər daxilində keyfiyyətli futbolçu tapmaq çətindir. Klub rəhbərliyi ilə bununla bağlı davamlı söhbətimiz olur. Bizə minimum 3-4 transfer lazımdır».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right