"Martda hər kəs yığmanın hansı gücdə olduğunu görəcək" Ruslan Abışov

"Berti Foqtsun vaxtında deyirdilər ki, yığma müdafiə futbolu oynayır. Amma ən azından qol vurub, xallar yığa bilirdik".

Newsport.az-ın məlumatına görə, bu sözlər millinin keçmiş müdafiəçisi Ruslan Abışova məxsusdur.

34 yaşlı oyunçu ölkənin əsas komandasının UEFA Millətlər Liqasındakı çıxışına toxunub: "Təəssüf ki, son Millətlər Liqasında yığma həm müdafiə futbolu oynadı, həm də az qol vurdu.

Bu turnir bizim kimi komandalar üçün böyük şansdır. Millimizin qarşıdakı seçmə mərhələdə güclü rəqiblərə qarşı necə oynaması maraqlı olacaq. Martda hər kəs yığmanın hansı gücdə olduğunu görəcək".

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right