"Neftçi" "Kəpəz"ə qalib gəldi Yenilənib

Mövsümün ikinci hissəsinə hazırlaşan “Neftçi” bu gün yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib. Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolun müəllifi 78-ci dəqiqədə Namiq Ələskərov olub.

Bu görüş ölkəmizdə 2021-ci ilin ilk oyunu olub.

Qeyd edək ki, “Neftçi” ikinci yoxlama oyununda yanvarın 14-də “Keşlə” ilə qarşılaşacaq.

Əlavə edək ki, Bakı klubu Premyer Liqanın turnir cədvəlində 24 xalla liderdir. “Kəpəz” isə 1-ci divizionda 16 xalla 6-cıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right