“Səbail”dən daha bir gediş

“Səbail” futbolçusu Elgün Nəbiyevlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, onun Bakı təmsilçisi ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib.

Futbolçuya azad agent statusu verilib. “Səbail”  Elgün Nəbiyevə klubunun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Klub 24 yaşlı yarıımüdafiəçini ötən ilin avqustu transfer etmişdi. “Səbail” Nəbiyevdən öncə Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də vidalaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right