"Neftçi", "Zirə" və "Keşlə" bu hücumçunu istəyir

"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

Newsport.az-ın məlumatına görə, bu barədə nigeriyalı hücumçunun özü məlumat verib.

Bir müddət öncə adı "Neftçi" ilə hallanan 29 yaşlı forvard bildirib ki, "Zirə" və "Keşlə" də onu heyətinə cəlb etmək istəyir:

"İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. "Neftçi" ilə yanaşı, "Zirə" və "Keşlə" də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".

2019-2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right