AFFA Qarabağda yeni klubların yaradılmasına nə vaxt başlayacaq?

AFFA noyabrın 8-də ictimaiyyət tərəfindən maraqla qarşılanan xəbəri açıqladı.

Bildirildi ki, federasiyanın təşəbbüsü ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar yaradılacaq.

Qeyd olundu ki, həmin komandalar növbəti mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcək.

Aradan ötən 2 ay ərzində bu klubların təşkilatlanması yönündə hansı addımlar atılıb? Sportinfo.az bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdullaya müraciət edib:

"Hələlik bununla bağlı nəsə dəqiq deyil. Müharibə dövründə torpaqlar işğaldan azad olunan zaman AFFA tərəfdən belə bir məlumat verilmişdi ki, bütün rayonlarda futbol komandalarının təsis olunması və ya bərpası istiqamətində işlər görüləcək.

Amma bir məsələ də var ki, həmin ərazilərdə insanların məskunlaşması prosesinə paralel olaraq, bu işlər görüləcək. İndi ərazilərdə təmizlənmə işləri görülür.

Əhalinin məskunlaşmasına hələ start verilməyib. Həmin proses başlayanda, onunla paralel olaraq, klubların bərpası ilə bağlı layihələrə icrasına başlanılacaq.

Odur ki, digər nuanslar hələ müəyyənləşməyib. Rəhbər şəxslərin, məşqçilərin kim olacağı və ya klubların idarəetmə forması bəlli deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right