"Buradakı futbolçularla qrupda ya 5-ci, ya da 6-cı olacağıq"

"Biz, onsuz da, hər zaman belə qruplara düşmüşük. Hamı deyir çətin qrupdur.

Amma Avropada zəif yığma yoxdur. Zəif saydığımız Lüksemburq millisinin 14 futbolçusu müxtəlif ölkələrin klublarında çıxış edir. İldən-ilə hər kəs inkişaf edir".

Newsport.az xəbər verir ki, bu fikirləri "Sabah"ın kapitanı Ruslan Abışov millinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Yığmanın sabiq müdafiəçisi bildirib ki, böyük sözlər danışmağın mənası yoxdur: "Sadəcə, evdə uğurlu nəticələr qazana bilərik. Biz hər zaman səfər oyunlarında problem yaşayırıq.

Həmin dövrdə milliyə çağrılacaq oyunçuların səviyyəsi, hansı formada olması çox önəmlidir. Yığmanın uğur qazanmasını istəyiriksə, ölkə xaricində çıxış edən bir neçə futbolçumuz olmalıdır.

Yalnız yerli çempionatda oynayan futbolçularla mübarizə aparsaq, qrupda ya 5-ci, ya da 6-cı olacağıq. Ən yaxşı halda isə 4-cü yeri tuta bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right