“Neftçi” öndə, “Qarabağ” iki addımlıqda

Futbol üzrə Azərbaycan çempionatları tarixinin ümumi cədvəlində 60 komanda yer alıb.
 
Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qələbəyə görə üç xal prinsipi ilə tərtib olunan siyahıya 1992-ci ildən keçirilən bütün turnirlərin iştirakçısı olan “Neftçi” və “Qarabağ” başçılıq edir.
 
Bir oyun çox keçirən bakılılar 2 xal öndədir. “Neftçi” qələbə və vurulan qol sayında da üstün olsa da, Ağdam təmsilçisi məğlubiyyət və buraxılan qolların azlığında əsas rəqibindən öndədir.
 
İlk “üçlüy”ü ölkə çempionatında müxtəlif adlar altında çıxış etmiş “Keşlə” qapayır. “Kəpəz”in 4-cü, “Turan”ın 5-ci olduğu cədvəldə bir çox komandalar dəfələrlə adlarını dəyişib. Belə klublar sonuncu adı ilə göstərilib. Texniki nəticələrin top fərqində qeydə alınmadığı siyahıda bir komanda – Nəvahi təmsilçisi “Gənclik” bütün matçlarda məğlubiyyət alıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right