“Neftçi”nin legionerlərindən ikisi hələ Bakıya qayıtmayıb

“Neftçi” təlim-məşq toplanışını gündə bir məşq olmaqla davam etdirir.
 
Newsport.az xəbər verir ki, bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesinə Mamadu Kane və Yusuf Lavaldan başqa bütün legionerlər qoşulublar. Bu futbolçular isə qarşıdakı günlərdə düşərgədə olacaqlar.
 
Xatırladaq ki, komanda toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. "Neftçi” yanvarın 10-da "Kəpəz”, 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilə matç saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. "Keşlə” ilə oyunun saatı və məkanı haqda məlumat veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right