“Sumqayıt”ın əvəzediciləri üçün 4 yoxlama matçı

“Sumqayıt”ın əvəzedici heyəti sabahdan etibarən Birinci Divizionun qalan hissəsi üçün hazırlığa start verəcək.
 
Newsport.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri təlim-məşq toplanışını "Kapital Bank Arena"da keçirəcək. 
 
Qeyd edək ki, "Sumqayıt-2" hazırlıq prosesi çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də "Qarabağ-2", 22-də "Neftçi-2", fevralın 4-də isə "Keşlə-2" ilə qarşılaşacaq. 4-cü rəqibin kimliyi yaxın günlərdə məlum olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right