"Keşlə"nin yoxlama oyunu ləğv olundu

“Keşlə” qış fasiləsində əvvəlcədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama oyunu keçirəcək.

Bunu Qol.az-a açıqlamasında komandanın baş məşqçisi Yunis Hüseynov deyib.

O, yanvarın 10-da MOİK-lə keçirilməsi planlaşdırılan oyunun ləğv edildiyini bildirib: “MOİK-lə oyun olmayacaq. Özüm istəmədim. Onun əvəzinə məşqlərə üstünlük verəcəyik” – deyə qeyd edib.

Xatırladaq ki, “Keşlə” yanvarın 14-də “Neftçi” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right