“Neftçi” - “Kəpəz” matçının məkanı və saatı açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun məkanı və başlanma vaxtı müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Samir Abasovun komandası yanvarın 10-da “Kəpəz”lə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə görüşəcək.
 
Saat 15:00-da başlayacaq matçın "Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.
 
Xartırladaq ki, "Neftçi”nin ikinci sınaq matçı ayın 14-də "Keşlə”yə qarşı olacaq. Ancaq bu görüşün məkanı vəı başlanma saatı hələ bilinmir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right