Premyer Liqa klubu baş məşqçi postuna öz namizədini seçdi

"Keşlə" rəhbərliyi Yunis Hüseynovdan sonra komandanın sükanı arxasına kimi gətirəcəyini bəlli edib.

Newsport.az-ın məlumatna görə, paytaxt təmsilçisi əcnəbi baş məşqçi gətirməyəcək.

Hər halda bügünə kimi bir neçə belə namizəd olsa da, heç birinə «okey» verilməyib.

Premyer Liqanın bürünc medalçısı Ayxan Abbasovun üzərində dayanıb. «Sumqayıt»da üçüncü mövsümünü keçirən 39 yaşlı mütəxəssisin burada gördüyü iş «Keşlə» rəsmilərində onun barədə müsbət fikir formalaşdırıb.

Onlardan olsa, Abbasovu elə bu qış fasiləsində görəvə gətirərdilər. Fəqət, o, «Sumqayıt»dakı işini yarıımçıq buraxmaq istəməyib. Gənc çalışdırıcı gələn təklifləri dəyərləndirməyi mövsümün axırına saxlayıb.

«Keşlə»ni qış fasiləsindən sonra Yunis Hüseynovun meydana çıxaracağı dəqiqdir. Hər halda hazırkı baş məşqçi komandanı böhrandan çıxaracağına, avrokuboklara vəsiqə qazandıracağına söz verib.

Bunun real olub-olmamasına isə qarşıdakı 2-3 tur aydınlıq gətirəcək. İşdir, vəziyyət hüseynovun göstərdiyi istiqamət üzrə dəyişməsə, istefaya göndəriləcək.

Belədə sezonu başa vurmaq onun köməkçisi Zaur İsmayılova tapşırılacaq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right