“Neftçi”dən anlamlı addım

“Neftçi”nin rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Newsport.az-ın məlumatına görə, kollektiv İkinci Fəxri Xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.

Ardından “Neftçi” azarkeşlərindən şəhid olan mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyevlə Cahid Şükürlü ziyarət edilib.

Şəhidlərin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” daim onların yanında olacaq, klub tərəfindən hər cür dəstək göstəriləcək.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right