Paytaxt klubu 3 legionerinə təklif etdi: "Gəlin, yollarımızı ayıraq"

"Keşlə" 3 legionerinə müqaviləni qarşılıqlı razılaşma əsasında pozmağı təklif edib.

Bunlar braziliyalı hücumçu Silvio Rodriges, sierra-leoneli yarımmüdafiəçi Con Kamara və monteneqrolu müdafiəçi Miyusko Boyoviçdir.

Baş məşqçi Yunis Hüseynov onların xidmətində maraqlı olmadığını bildirib.

Komanda daha əvvəl Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə vidalaşıb.

Kamerunlu forvard Anatole Abanqı heyətinə cəlb edən paytaxt təmsilçisi həmin mövqe üçün yeni oyunçu axtarışına da çıxıb. Klubun heyətinə yeni legioner hücumçu cəlb edəcəyi gözlənilir.

"Keşlə" Anatole Abanqdan başqa, "Zirə", AZAL "Xəzər Lənkəran"ın sabiq legioneri Sadio Tounkara ilə də anlaşıb.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right