“Neftçi” şəhid azarkeşləri üçün stadionda lövhə hazırlayacaq

“Tribunalarımızın birinin girişində şəhidlərimizin adları olacaq. Onların adlarını əbədiləşdirməkdən ötrü bu addımı atırıq”.

Newsport.az xəbər verir ki, bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Neftçi TV”nin canlı yayımında bildirib.

Klub rəsmisinin sözlərinə görə, “Bakcell Arena”da tribunaya daxil olan hər kəs Vətən müharibəsində şəhid olmuş “Neftçi” ailəsinin üzvlərini görəcəklər: “Onların xatirəsinə löhvə hazırlayacağıq. Azarkeşlər onları görəcək və daim xatırlayacaqlar ki, Vətən uğrunda canlarından keçən insanlar vaxtilə bu tribunada komandamıza dəstək olub”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right