“Neftçi”nin kapitanı Kipr klubuna keçməkdən imtina etdi

“Neftçi”nin kapitanı Emin Mahmudovun Kiprin “Apollon” klubuna transferi baş tutmayıb.

Newsport.az xəbər verir ki, bu barədə futbol agenti Aleksandr Manyakov özünün teleqram kanalında yazıb.

O, 28 yaşlı yarımmüdafiəçinin təklifi qəbul etmədiyini bildirib: “Çoxları Emin Mahmudovu Moskva “Spartak”ı və digər rus klublarındakı çıxışlarından xatırlayır. İndi “Neftçi” nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, “Apollon”un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynadı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər. Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır”.

Manyakov təcrübəli oyunçunun qərarının səbəbini də açıqlayıb: “Mahmudov sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right