"Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Newsport.az xəbər verir ki, o, bununla bağlı İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərə bildirib. R.Sadıqov qrupumuza düşən rəqiblərdən hər birinin bizdən güclü olduğunu deyib:

"Püşkü düzgün qiymətləndirmək lazımdır. Bizə 6-cı səbətdən və 4-cü səbətdə bəzi rəqiblərdən başqa, düşən rəqiblərin hamısı bizdən güclüdür. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər. Amma real yanaşsaq, Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir. Məsələn, 2-ci səbətdən seçim imkanım olsaydı, Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik. Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib. Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir. İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odur ki, baş məşqçi həm futbolçulara, həm özünə inanır. Albaniya millisinin sükanı arxasında Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar qaydada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right