"Keşlə"nin baş məşqçisi xəstəxanadan evə buraxıldı

"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb.

Paytaxt təmsilçisinin Mətbuat katibi Murad Axundovun Report-a verdiyi məlumata görə, 55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb.

Hüseynovun hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right