“Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu daha bir futbolçu ilə vidalaşıb.

Newsport.az xəbər verir ki, bu barədə “Report”a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb.

Hacıyev legionerlərdən isə iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin komandanı tərk edə biləcəyini istisna etməyib: “Hələlik onunla danışırıq. Şərtlərdə razılığa gələ bilməsək, yəqin ki, gedəcək. Amma qala biləcəyini də deyir. Sadəcə, şərtləri bir az bizim üçün ağırdır. Ümumilikdə, 5-6 futbolçunu göndərib, yerinə 3 yeni oyunçu almaq istəyirik”.

“Səbail”in hazırlıq planına da toxunan baş məşqçi yanvarın 4-də yenidən bir araya gələcəklərini bildirib: “Artıq yoxlama oyunu üçün rəqib tapmışıq. Yanvarın 14-də “Sabah”la qarşılaşacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right