Serbiya çempionunun bir ayağı Azərbaycanda

Xorvatiyanın “İstra 1961” klubunun yarımmüdafiəçisi Obenq Reqan Azərbaycanda çıxış edə bilər. Newsport.az xəbər verir ki, klublarımızdan biri 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

“Feyenoord Qana”nın yetirməsi olan Obenq, peşəkar karyerasına “Asante Kotoko”da başlayıb. 2012-ci ildə isə o, Serbiyanın “Napredak” (Kruşevaç) klubuna transfer olunub. 2014-2018-ci illər aralığında Serbiyanın digər təmsilçisi “Çukariçki”nin uğurları üçün çalışan Reqan, 2017/18 mövsümündə qısa müddət Xorvatiya “İnter”ində (Zapreşiç) icarədə oynayıb. Yarımmüdafiəçi 2018-ci ildən “İstra 1961”in formasını geyinir.

Reqan 2012/13 mövsümündə “Napredak”la Serbiya çempionu olub, 2014/15 mövsümündə “Çukariçki”ylə Serbiya kubokunu başı üzərinə qaldırıb. Onunla 2 il öncə  Türkiyənin “Trabzonspor” klubu da maraqlanırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right