Premyer Liqamızda 2020-ci ilin ən yaxşı komandası

Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb.

Newsport,az xəbər berir ki, il ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib.


19 turda ümumilikdə 75 matç oynanılıb. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun komandası cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right