“Qəbələ”dən 13 turda 24 futbolçu

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk hissəsi başa çatıb.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” mövsümün arxada qalan bölümündə 13 oyun keçirib.

Baş məşqçi Elmar Baxşıyev bu matçlarda 24 futbolçuya şans verib. Ən çox matç keçirən oyunçular 12 görüşdə şans qazanıb. Bunlar Yurgen Qoxa, Anar Nəzirov, İdris İnqilablı, Vinko Medimoreç, Nikolas Raysel və Asif Məmmədovdur. Meydanda ən çox vaxt keçirən futbolçu Yurgendir. O, 1061 dəqiqə oynayıb. 24 oyunçudan 14-ü matçların yarıdan çoxunda – ən azı 7 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 8 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Rafael Utziqdir. Braziliyalı legioner 3 dəfə fərqlənib. Asif Məmmədov, Yusif Nəbiyev və Nikolas Raysel hərəyə 2 dəfə rəqib qapısına yol tapıb. Digər 4 oyunçu hərəyə 1 dəfə fərqlənib.

Yurgen Qoxa (12 oyun, 1061 dəqiqə, 1 qol, 2 sarı vərəqə)

Anar Nəzirov (12 oyun, 1055 dəqiqə, -18 qol, 2 sarı vərəqə)

İdris İnqilablı (12 oyun, 1035 dəqiqə, 1 sarı vərəqə)

Vinko Medimoreç (12 oyun, 1033 dəqiqə, 1 sarı vərəqə)

Nikolas Raysel (12 oyun, 1031 dəqiqə, 2 qol, 1 qırmızı vərəqə)

Asif Məmmədov (12 oyun, 791 dəqiqə, 2 qol, 4 sarı vərəqə)

Merab Giqauri (11 oyun, 990 dəqiqə, 4 sarı vərəqə)

Rafael Utziq (11 oyun, 872 dəqiqə, 3 qol, 2 sarı vərəqə)

Cavid Hüseynov (11 oyun, 515 dəqiqə, 2 sarı vərəqə)

Rövlan Muradov (10 oyun, 714 dəqiqə, 1 qol, 5 sarı, 1 qırmızı vərəqə)

Stefan Vukçeviç (10 oyun, 698 dəqiqə, 1 sarı vərəqə)

Ceyms Adeniyi (9 oyun, 505 dəqiqə, 1 qol, 2 sarı vərəqə)

Murad Musayev (8 oyun, 607 dəqiqə, 2 sarı vərəqə)

Yusif Nəbiyev (7 oyun, 305 dəqiqə, 2 qol, 1 sarı vərəqə)

Ülvi İsgəndərov (6 oyun, 326 dəqiqə, 1 qol)

Qismət Alıyev (5 oyun, 450 dəqiqə, 1 sarı vərəqə)

Rüfət Əhmədov (4 oyun, 315 dəqiqə, 1 sarı vərəqə)

Roman Hüseynov (3 oyun, 41 dəqiqə)

Faiq Hacıyev (2 oyun, 180 dəqiqə)

Rodriqo Qattas (2 oyun, 135 dəqiqə)

Tərlan Əhmədli (2 oyun, 115 dəqiqə, -2 qol, 1 sarı vərəqə)

Ehtiram Şahverdiyev (2 oyun, 38 dəqiqə)

Yaovi Akakpo (1 oyun, 13 dəqiqə)

Kamal Mirzəyev (1 oyun, 1 dəqiqə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right