“Sabah“ Premyer Liqada ilk dəfə belə etdi

Azərbaycan Premyer Liqasının XIII turundan sonra çempionat qış fasiləsinə yollandı.

Newsport.az-ın məlumatına görə, “Sabah“ ilin son oyununda “Sumqayıt”ı səfərdə 2:1 hesabıyla məğlub edib.

Bu oyundakı qonaqların orta yaşı 24,3-ə bərabər olub ki, bu da Masazır klubunun Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb.

“Sumqayıt”la görüşdə əsas heyətdə çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right