"Düşünmürəm ki, Rəşad Sadıqov hansısa futbolçuya belə vəd versin"

"Zirə"nin yarımmüdafiəçisi Qismət Aliyev müsahibə verib.

- "Qarabağ"la oyunda 2-0 hesablı üstünlüyü qorumağa rəqibin gücü, yoxsa "Zirə"nin arxayınçılığı mane oldu?

- Komanda şəkilində həmin oyuna çox yaxşı hazırlaşmışdıq. Məğlub olmağı düşünmürdük. Oyun da bizim üçün çox yaxşı başladı. İkinci hissənin əvvəli vurulan qolla 2-0 önə keçdik. İlk qolu buraxandan sonra 10 nəfərlə qaldıq. Nə qədər çalışsaq da hesabı qoruyub saxlaya bilmədik.

- "Qarabağ"a məğlubiyyətə görə daha çox üzüldün, yoxsa qış fasiləsinə məğlub abu-havada getdiyiniz üçün?

- Hər komanda "Qarabağ"a qarşı oyunda 2-0 öndə olmur. Ölkə çempionatında kiminsə "Qarabağ"da 2-0 öndə olduğunu xatırlamıram. Belə bir oyunu əldən verdiyimizə görə məğlubiyyət məni daha çox üzdü.

- "Zirə" qış fasiləsinə 3-cü yerdə yollandı. Daha yaxşı nəticə vermək olardı, yoxsa komanda üçün mümkün olanın ən yaxşısı bu idi?

- Düşünürəm ki, nəticəmiz bundan da yaxşı ola bilərdi. Bəzi səhvlərimiz oldu. Bundan öncə "Sumqayıt"la çətin görüşümüz oldu. Yaxşı hücumlarımız olmuşdu. İstifadə edə bilsək, o oyunda da qələbə qazana bilərdik. Oyundan oyuna Rəşad müəllimin tapşırıqlarını yerinə yetirdikcə hər şey yoluna düşməyə doğru gedir. Düşünürəm ki, fasilədən sonra daha yaxşı olacaq.

- Bu günə kimi gedən mübarizəni nəzərə alsaq, mövsümün sonu hansı nəticə "Zirə" üçün uğur sayılacaq?

- Nəyisə indidən danışmaq düz olmaz. Bizdən geridə olan komandalarla aramızdakı xal fərqi o qədər də böyük deyil. Düşündüyümüz odur ki, Avropa Liqasına gedən pillələrdə ola bilək.

- "Zirə"yə keçidin mövsümün gedişində baş tutdu. Buna baxmayaraq tez bir zamanda komandaya uyğunlaşa bildin. Xarakterin bunda daha çox rol oynadı, yoxsa kollektivdəki ab-hava?

- Komandadakı ab-hava həqiqətən də çox gözəldi. Rəhbərlikdən tutmuş sıravi işçiyə kimi çox böyük mehribançılıq var. Bu baxımdan da uyğunlaşmaq problem olmadı.

- Qismət, ilk gündən "Zirə"nin əsas heyət üzvünə çevrilə bildin. Bu Rəşad Sadıqovun sənə olan inamından irəli gəlirdi, yoxsa transferdən öncə baş məşqçi ilə daha çox şans qazanmağınla bağlı danışığın olmuşdu?

- Yox, əsla belə şey olmayıb. Heç düşünmürəm ki, Rəşad müəllim hansısa futbolçuya belə bir vəd versin. Sadəcə ilk gündən mənə şans verdi. Yəqin ki, istədiyi və oynatdığı sistemə uyğun gəlirəm. Mən də çalışıram ki, mənə olan ümidlərini oyunumla doğruldum.

- "Zirə" keçidinlə karyeranda yeni səhifə açmış oldun. Bundan sonrakı hədəflərin nələrdi?

- "Zirə" bundan əvvəl də Avropa Liqasında oynayıb. İndi çalışırıq yenidən Avropa Liqasına gedək. Qismət olsa çempion olaq. Milli komandaya düşməyi çox istəyirəm.

- Dəvət gəlsə, özünü milli komandada oynamağa hazır sayırsan?

- Durub burda demiyim ki, milli komandada oyamağa hazıram. "Zirə"də bütün oyunları meydanda oluram və əlimdən gələni etməyə çalışıram. Dəvət olunmağım məşqçinin seçimidir. Milli komanda üçün nə vaxt çağırsalar canımızı qoymağa hazırıq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right