"Neftçi"nin hazırlıq planı müəyyənləşdi

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək.

Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, "Neftçi” Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. "Ağ-qaralar” həmin gün "Səbail”in qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right