Super Liqanın 3 klubu "Qarabağ"lı gənclərə maraq göstərir

«Qarabağ»ın 2 gənc futbolçusu Türkiyə klublarının maraq dairəinə düşüb.

Newsport.az-ın məlumatına görəyarımmüdafiəçilər – İsmayıl İbrahimli və Toral Bayramov Super Liqa təmsilçilərinin diqqət mərkəzindədir.

Bilindiyi kimi, Azərbaycan çempionu UEFA-nın qərarı ilə Avropa Liqasında ev oyunlarını İstanbulda keçirməli oldu. Burada keçirilən oyunları canlı izləyən yerli menecerlər hər iki oyunçu barədə «Qarabağ» rəsmilərindən əlavə məlumatlar toplayıb.

Türkiyəli skautlar «Yeni Maltyaspor», «Ankargücü» və «Hatayspor»un azərbaycanlı futbolçulara həvəs göstərdiyini, bu səbəbdən, qarşıdakı aylarda da onları izləyəcəklərini bildiriblər.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right