Premyer Liqa klubunda 3 qələbənin qiyməti 1500 AZN

Preymer Liqanın 13-ci turunda «Səbail»ə səfərdə 3:1 hesabıyla qalib gələn «Qəbələ» qış fasiləsinə şad-xürrəm yollandı.

Newsport.az-ın məlumatına görə, aktivində 3 qələbə olan əyalət təmsilçisi xal ehtiyatını 15-ə çatdırdı və turnir cədvəlində 5-ci pilləyə yüksəldi.

İki dövrədə əldə olunan bu nəticə «qırmızı-qaralar»ın futbolçularına 1500 manat mükafat qazandırıb. Burada qazanılan 3 xala görə təyin olunan məbləğ 500 manatdır.

Oyunçular heç-heçəyə görə də mükafat istəyib, gəl ki, klub rəhbərliyi maliyyə azlığına görə onların bu müraciətini geri çevirib.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right