“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində FOTOLAR

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qələbəyə töhfə verənlər arasında “Kəpəz”in sabiq futbolçusu Talıb Rzayev də olub.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hərbi xidmətdə olduğu dövrdə müharibənin başlaması ilə Rzayev əsgər yoldaşları kimi döyüşlərə atılıb. O, Füzuli, Hadrut və Laçının azadlığı uğrunda gedən əməliyyatlarda iştirak edib.

Elə Laçındakı döyüşlərin birində yaralanıb. Hərbi qospitalda müalicə olunub, daha sonra evə müəyyən müddətli məzuniyyətə buraxılıb. Hazırda özünü yaxşı hiss edir və olduqca qürurlu görünür.

Evdə müalicəsini davam etdirən qazini vaxtilə şərəfini qoruduğu klubun rəsmiləri və komanda yoldaşı olmuş Əli Səmədov ziyarət edib.

“Sarı-göylər”in icraçı direktoru İlqar Nadiri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı qələbədə rol oynayan əsgər və zabitlərimiz ilə hamının fəxr etdiyini, torpaqlarımızın bütövlüyünün bərpasının önəmli tarixi hadisə olduğunu bildirib.

Böyük qələbədə imzası olan Talıb Rzayevi təbrik edib, tezliklə sağalmasını arzulayıb. Kapitan Əli Səmədov “Kəpəz”in aşağı yaş qruplarında, əvəzedici heyətdə və əsas komandada oynadığı dövrdə Talıbın kollektivdə vətənpərvər gənc kimi tanındığını, cəsurluğu, qorxmazlığı ilə seçildiyini və sevildiyini vurğulayıb.

Sabiq yarımmüdafiəçi sağlamlığı imkan verərsə, gələcəkdə məşqçi işləmək arzusunda olduğunu və bunun üçün müvafiq kurslarda iştirak etmək istədiyini qeyd edib. Klub rəhbərliyi bu işdə ona yardımçı ola biləcəyini deyib.

“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində -
“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində -
“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində -
“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində -
“Kəpəz”in Qarabağ qazisi olan futbolçusu evində -

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right