“Keşlə”nin yeni transferi Bakıya gəldi

“Keşlə” ilk transferini reallşdırır. Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi kamerunlu Anatole Bertrand Abangla anlaşıb. 24 yaşlı futbolçu artıq Bakıya gəlib. Klubdan verilən məlumata görə, onunla 1 il müddətinə müqavilə bağlanacaq.

Son klubu “Şerif” olan Anatole Moldova çempionatında keçirdiyi 10 oyunda 6 qol vurub. Bu kluba qədərsə Çində “Nantonq Ziyun”un formasını geyinən hücumçu 12 görüşdə 6 dəfə fərqlənib. 2016-cı ildə kamerun millisinin formasını geyinib və 6 qarşılaşmada 1 qol sevinci yaşayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right