“Neftçi”nin 9-cu qış çempionluğu

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb. Newsport.az xəbər verir ki, Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb. Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.
 
Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.
 
Qış çempionları:
 
1993/94. “Kəpəz”
 
1994/95. “Neftçi”
 
1995/96. “Xəzri”
 
1996/97. “Neftçi”
 
1997/98. “Kəpəz”
 
1998/99. “Kəpəz”
 
1999/2000. “Şəmkir”
 
2000/01. “Neftçi”
 
2001/02. “Neftçi”
 
2003/04. “Neftçi”
 
2004/05. “Qarabağ”
 
2005/06.  “Karvan”
 
2006/07. "Xəzər Lənkəran"
 
2007/08. "Olimpik"
 
2008/09. “İnter”
 
 2009/10. “İnter”
 
2010/11. “Neftçi”
 
2011/12. “Neftçi”
 
2012/13.  “İnter”
 
2013/14. “Qarabağ”
 
2014/15. “Qarabağ”
 
2015/16. “Qarabağ”
 
2016/17. “Qarabağ”
 
2017/18. “Qarabağ”
 
2018/19. “Neftçi”
 
2019/20. “Qarabağ”
 
2020/21. “Neftçi”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right