"Özüm də uzun müddətdir bazada qalıram" - Rəşad Sadıqov

“Maraqlı oyun oldu. Çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı bir xal qazanmağa layiq idik".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesabı ilə irəlidə olduqlarına baxmayaraq, sonda uduzduqları matçı (2:3) belə şərh edib:

"Qarabağ"a qarşı 10 nəfərlə oynamaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Görüşün qırılma anı buraxdığımız ikinci qol oldu. Sonda hesabı bərabərləşdirə bilərdik, amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti matçlara hazırlaşacağıq".

Baş məşqçi oyunlarının alınmadığını bildirib və bunun səbəbini izah edib: "Oyunun əvvəlindən rəqibə qol imkanları vermirdik. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib bizi buna məcbur etdi. Bu gün meydanda ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik. Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodlarına reaksiya bildirirdim. Amma mənə görə müzakirəli epizodlar var. Dmitriyə ilk epizodda niyə sarı vərəqə verdiyini bilmirəm. Ağabala Ramazanovun da epizodu mübahisəlidir".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right