“Sabah”ın sabiq futbolçusu Kipr klubunda

“Sabah”ın sabiq futbolçusu Vitali Kvaşuk karyerasını Kiprdə davam etdirəcək.
 
Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Aris” klubuna keçib.
 
Bu barədə Kipr klubunun mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Daha əvvəl Ukraynada “Zarya”, “Olimpik”, Belarusda “Neman”, “Qomel”, “Torpedo” kimi klublarda çıxış edən Kvaşuk, 2018-ci ilin yayından dekabrına kimi “Sabah”da forma geyinib.
 
Kvaşuk son olaraq Latviyanın RFS klubunda çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right