"Sabah"ın bir neçə futbolçusu ilin son oyununu buraxacaq

“Sabah” Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün qarşılaşacağı “Sumqayıt”la matça itkilərlə çıxacaq.
 
Newsport.az xəbər verir ki, qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Ruslan Abışov və Bəhlul Mustafazadə zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
 
Koronavirusdan yeni sağalan Ulise Diallo və sarı vərəqə limitinə görə cəzalı duruma düşən Xulio Rodriqesin də oynamayacağı dəqiqdir. Bundan başqa, cinah oyunçusu Təmkin Xəlilzadənin də zədə səbəbindən görüşdə iştirakı sual altındadır.
 
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçına saat 16:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right