“Sabah”dan yeni transfer

“Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib.
 
Newsport.az xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar yeni komandasında 34 nömrəli formada çıxış edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right