Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Newsport.az xəbər verir ki, videokonfrans formatında olacaq iclas saat 11:00-da başlayacaq.

İclasda 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi müzakirə ediləcək.

Həmçinin müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin sözləşmələrinin qarşılıqlı razılıq əsasında uzadılmasına baxılacaq.

Toplantıda AFFA-nın növbəti Konfransının tarixi müəyyənləşdiriləcək və digər məsələlərə də baxılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right